Qırmızı.az
Rusiyada öldürülən azərbaycanlı biznesmenin cənazəsi Bakıya gətirilir - ÖZƏL
Ötən gün Rusiyanın Krasnodon şəhərində meyiti tapılan əslən Bakı şəhərindən olan Ukrayna vətəndaşı, Luqansk vilayəti Şurasının keçmiş deputatı, iş adamı Azad Vəliyevin cənazəsi sabah Bakıya gətirilə bilər.
Bu barədə Publika.az-a mərhumun yaxınları məlumat verib.
Azərbaycanın Ukraynadakı səfirliyinin I katibi Asim Osmanov isə Publika.az-a açıqlamasında deyib ki, səfirlik bu məsələni diqqətdə saxlayır: “Mərhumun meyitinin Azərbaycana göndərilməsinə kömək etməklə bağlı ailə üzvləri və ya yaxınları tərəfindən bizə heç bir müraciət olunmayıb. Əgər onlar tərəfindən hər hansı müraciət olunarsa, səfirlik əlindən gələni köməyi göstərməyə hazırdır”.
Bir müddət öncə itkin düşmüş digər 4 nəfər azərbaycanlının taleyi ilə bağlı vəziyyətə də toxunan A.Osmanov qeyd edib ki, məsələ ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə və Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib: “Hələ ki, qarşı tərəfdən bu müraciətimizə cavab almamışıq. Səfirlik bu məsələni diqqətdə saxlayır”.
Diplomat bildirib ki, Azərbaycan səfirliyi Ukraynada yaşayan soydaşlarımıza müharibə gedən ərazilərdən kənar qalmalarını tövsiyə edir: “Bu tövsiyə yenə də aktualdır. Yaxşı olar ki, Ukraynada yaşayan soydaşlarımız münaqişə və müharibə gedən yerlərdən və baş verən hadisələrdən uzaq olsunlar. Bu, ilk növbədə onların təhlükəsizliyi üçün vacibdir”.
Xatırladaq ki, Azad Vəliyev oktyabrın 1-də separatçılar tərəfindən girov götürülmüşdü.
Vasif Həsənli
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY