Göyçayda narkotik satışı ilə məşğul olan şəxs həbs edilib
Bizi izləyin

Qırmızı.az

Göyçayda narkotik satışı ilə məşğul olan şəxs həbs edilib

Göyçay rayonunda narkotik vasitə olan tiryəkin qanunsuz əldə edilməsi, saxlanılması və satışı ilə məşğul olan şəxs tutulub.

Göyçay rayonunda narkotik vasitə olan tiryəkin qanunsuz əldə edilməsi, saxlanılması və satışı ilə məşğul olan şəxs tutulub.

Rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, 1956-cı il təvəllüdlü Göyçay şəhər sakini Elbrus Osman oğlu Qaçayev həmyerlisi Mehdi Əhəd oğlu Əsgərova çəkisi 0,65 qram olan tiryək satarkən polis əməkdaşları tərəfindən tutulub. Polis əməkdaşları Elbrus Qaçayevin üzərinə baxış keçirərkən ondan çəkisi 2,051 qram olan tiryək aşkar edərək götürüblər.

Dörd dəfə məhkumluq həyatı sürmüş Elbrus Qaçayev tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm