Metropoliten işçiləri öz peşə bayramlarını qeyd etdilər
Bizi izləyin

Qırmızı.az

Metropoliten işçiləri öz peşə bayramlarını qeyd etdilər

“Bakı Metropoliteni” QSC-nin əməkdaşları bu gün peşə bayramlarını qeyd ediblər.

Teleqraf.com xəbər verir ki, mərasim iştirakçıları Fəxri Xiyabana gələrək ümummili lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı üstünə əklil və gül dəstələri qoyublar.

Tədbir iştirakçıları akademik, görkəmli avtolmoloq-alim Zərifə Əliyevanın da məzarı ziyarət ediblər.
Sonra Metropoliten işçiləri şəhidlər xiyabanına gələrək vətən uğrunda həlak olan mərd mübarizlərin xatirəsini yad ediblər, Azərbaycanın müstəqilliyi həlak olanların şərəfinə ucaldılmış əbədi məşəl kompleksinin önünə əklil qoyublar.

Sonra tədbir “Bakı Metropoliteni” QSC-nin Texnoloji Korpusunda Bakı Metrosunun dünəni, bu günü və sabahı ilə bağlı hazırlanmış film nümayiş etdirilib. Mərasimdə“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov çıxış edərək metronun yaranma tarixindən danışıb. O,“Bakı Metropoliteni” QSC-nin bütün əmək kollektivi adından metropoliten işçilərinin fədakar əməyinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlığını bildirib.

2014-cü il fevralın 27-də Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradıldığını diqqətə çatdıran Zaur Hüseynov dedi ki, iki böyük müəssisənin vahid təşkilatda birləşdirilməsi yeraltı nəqliyyatımızın qarşısında böyük üfüqlər açıb. Qeyd edib ki, metronun əsas inkişaf mərhələsi ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrə təsadüf edir.“Ulu Öndərin diqqət və qayğısı sayəsində 70-80-ci illərdə metro tikintisində böyük canlanma olub. Bu illərdə “Ulduz”,“Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Qara Qarayev”,“Neftçilər” ,“Nizami”,“Bakmil” stansiyaları istifadəyə verilib”.

Tədbirdə peşə bayramı münasibəti ilə müəssisənin əməkdə fərqlənmiş bir qrup əməkdaşına Fəxri Fərman və qiymətli hədiyyələrə təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm