Qırmızı.az
Hərbi qulluqçular Bayraq Meydanını ziyarət etdi (FOTO)
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 9 noyabr - Azərbaycan Respublikasınin Dövlət Bayrağı Günü münasibətilə Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə silsilə tədbirlər keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tərtib olunmuş qrafikə əsasən bayram günlərində Bakı qarnizonunda və bölgələrdə yerləşən hərbi hissələrin şəxsi heyətinin Bayraq Meydanında gəzintisi və Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil ediləcək. Təşkil olunmuş tədbirlər zamanı Dövlət Bayrağının tarixi və muzeydə nümayiş etdirilən eksponatlar haqqında hərbi qulluqçulara ətraflı məlumat veriləcək.
Noyabrın 7-də Hərbi Dəniz Qüvvələri zabit heyətinin bayram günü ərəfəsində Bayraq Meydanına və Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil edilib.
Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi hissə və birləşmələrdə, qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyətlə keçirilən tədbirlər davam edir.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?