Qırmızı.az
Soçidə “Azərbaycan günü” keçirilib - FOTOLAR
Soçidə XXII Qış Olimpiya Oyunları çərçivəsində
“Azərbaycan günü” keçirilib.
Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Soçi Olimpiadasında iştirakçı ölkələrin milli olimpiya komitələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak etmişlər.
Gənclər və idman naziri Azad Rəhimov tədbiri açaraq Azərbaycanda idmanın və Olimpiya hərəkatının geniş vüsət aldığını, ölkəmizin beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb. Nazir birinci Avropa Oyunları ilə bağlı görülən hazırlıq işlərindən danışıb, “Bakı-2015”in yüksək səviyyədə keçiriləcəyini bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, bu sahədə yaxşı təcrübə qazandığını, Olimpiya hərəkatına layiqli töhfə verdiyini söyləyib. T.Bax Azərbaycanın tarixə birinci Avropa Oyunlarını keçirən ilk ölkə kimi daxil olacağını qeyd edib.
2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə gedir. Bu sözləri “Azərbaycan günü”ndə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib. O, ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirib, mötəbər yarışa hazırlıqdan məmnunluğunu ifadə edib. Azərbaycanda idmana göstərilən diqqət və qayğı bizi çox sevindirir. İnanırıq ki, Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə nümunə göstərəcək.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!