FHN Şəkidəki ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb
Bizi izləyin

Qırmızı.az

FHN Şəkidəki ağır yol qəzası ilə bağlı rəsmi məlumat yayıb

Şəki rayonu, Köbər Zəyzid kəndində Şəki-Oğuz yolunun 15 kilometrliyində ötən axşam “LADA” markalı minik avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Şəki rayonu, Köbər Zəyzid kəndində Şəki-Oğuz yolunun 15 kilometrliyində ötən axşam “LADA” markalı minik avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü 1976-cı il təvəllüdlü Lətifov Vaqif Məmməd oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər V.Lətifovun cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Avtomobildə olan sərnişin yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm