Qırmızı.az
Tanklar düşmənlə sərhəddə niyə yığılır? - Nazirlikdən açıqlama
Yanvar ayının 21-dən fevralın 8-dək qoşunların təmas xəttində qarşı tərəfi atəşkəs rejimini 2000 dəfəyə qədər pozub. Bunu Müdafiə NazirliyindənANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər.
"Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub",- deyə
nazirlikdən vurğulayıblar. Məlumata görə, cəbhə xəttində mütəmadi
olaraq atəşkəsin pozulmasının qarşısını almaq üçün əlavə tədbirlər
görülür: “Müdafiə nazirinin əmrinə uyğun olaraq bütün müvafiq
tədbirlər həyata keçirilib və hazırda da keçirilir”.
Müdafiə Nazirliyindən bir sıra dünya KİV-lərində “Azərbaycan
tanklarını sərhədə yığır” kimi başlıqlı yazıların dərc olunması
məsələsinə də aydınlıq gətirilib. Nazirlikdən bildiriblər ki, bu
fikirlər həqiqətə uyğun deyil: “Tanklarının cəbhə bölgəsinə doğru
irəliləməsi barədə yayılan
informasiyalar yanlışdır”,- deyə nazirlikdən göndərilən məlumatda
vurğulanır.
Nazirlikdən bildiriblər ki, hərbçilərin döyüş qabiliyyətinin artırılması məqsədi ilə bağlı da tədbirlər
görülür: “Döyüş hazırlığı planına uyğun olaraq mütəmadi olaraq
təlim toplantıları və məşğələlər, bilik və təcrübələrin artırılması
məqsədilə hərbi qulluqçularımızın beynəlxalq hərbi təlimlərdə
iştirakı təmin edilir, ixtisasartırma kursları keçirilir”.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü