Mətbuat Şurası müxalifətin mitinqində monitorinq keçirib
Bizi izləyin

Qırmızı.az

Mətbuat Şurası müxalifətin mitinqində monitorinq keçirib

Azərbaycan Mətbuat Şurası Milli Şuranın noyabrın 9-da Yasamal rayonu ərazisində yerləşən keçmiş "Məhsul" stadionunda keçirilmiş icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

Mətbuat Şurasından Publika.az-a verilən məlumata görə, aksiyada prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün xüsusi yerlərin ayrıldığı müəyyənləşdirilib. Bundan başqa onların sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə də hər hansı maneə qeydə alınmayıb.

Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib.

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm