Qırmızı.az
"ASAN imza" mobil operatorunun platformasına inteqrasiya olunub
Mobil rəqəmsal imzanın (ASAN imza) platforması Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC-nin platforması ilə inteqrasiya olunub. Bunu "SayberNet" şirkətinin baş direktoru İlham Namazov deyib.
Onun sözlərinə görə, hazırda sınaq işləri aparılır. Servisin
kommersiya istifadəsinə birinci rübün sonunda veriləcəyi
gözlənilir.
Mobil elektron imzadan istifadə etmək üçün SİM-kartı yenisi ilə
əvəz etmək lazımdır.
Əlavənin instalyasiyası və mobil rəqəmsal imzanın aktivləşdirilməsi
Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzində və
"ASAN" xidmət mərkəzlərində həyata keçiriləcək.
Hazırda "ASAN imza"dan "Bakcell" MMC və "Azercell" MMC
şəbəkələrində istifadə etmək mümkündür.
Operator şəbəkələrində "ASAN imza"dan istifadə üzrə tariflər
aşağıdakı kimi bölüşdürülüb: Vətəndaşlar üçün 3 illik istifadə
qiyməti - 30 AZN, dövlət qulluqçuları üçün 80 AZN, sahibkarlıq
fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün isə 154
AZN təşkil edir. Xidmətdən aylıq istifadə haqqı əhali və dövlət
qulluqçuları üçün 0.50 AZN, sahibkarlıq fəaliyyəti ilə məşğul olan
hüquqi və fiziki şəxslər üçün isə 1 AZN təşkil edir./Trend/
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?