Şeyx başsağlığı verdi
Bizi izləyin

Qırmızı.az

Şeyx başsağlığı verdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva metrosunda baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Moskva və Bütün Rusiya Patriarxı Kirilə məktub göndərib.

Publika.az Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytına istinadən xəbər verir ki, Şeyx insan tələfatına görə dərindən kədərləndiyini ifadə edib:

"Moskva metrosunda baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi dərindən kədərləndirib. Biz də dualarımızı rusiyalılarının dualarına qoşaraq mərhumların ruhlarının şad olmasını, xəsarət alanların tezliklə sağlamlıqlarına qovuşmasını diləyirik.

Müsəlmanlar və şəxsən öz adımdan Zati-müqəddəslərinizə və Sizin simanızda bütün Rusiya xalqına bu matəm günü münasibətilə dərin hüznlə başsağlığı verirəm.

Uca Yaradan mərhumların ruhunu şad etsin!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm