Qırmızı.az
Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb
2014-cü il noyabrın 1-nə olan statistikaya əsasən, ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 27,2 faiz artıb. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Publika.az-a verilən məlumata görə, 2014-cü il noyabrın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 4658 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 21 758 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan
əcnəbilərin 89,2 faizini (19419 nəfər) kişilər, 10,8 faizini (2 339
nəfər) isə qadınlar təşkil edir.
Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında
ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (11 606 nəfər) üzrə
müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan
əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan
vətəndaşlarının sayı 2 459 nəfərə, üçüncü yerdə gələn Rusiya
Federasiyasının vətəndaşlarının sayı isə 1 249 nəfərə çatıb.
Sonrakı yerlərdə İran İslam Respublikası (851), Çin Xalq
Respublikası (730) Hindistan (592), Pakistan İslam Respublikası
(462), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (328), Ukrayna
(236), Özbəkistan (235), Banqladeş Xalq Respublikası (201),
Filippin (188), Almaniya (181), Türkmənistan (180), ABŞ (157),
Qazaxıstan (152), İtaliya (140), Cənubi Koreya Respublikası (134),
Bosniya və Hersoqovina (132), Malayziya (103) və s. ölkələr
gəlir.
Ölkəmizdə 2006-cı ildən etibarən fəaliyyət göstərən sığorta-pensiya
sistemində Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və
məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan digər gəlirləri
əldə edən əcnəbilərin ödədikləri məcburi dövlət sosial sığorta
haqlarının fərdi uçotu həyata keçirilir.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı