Hava şəraitində dəyişiklik gözlənilmir
Bizi izləyin

Qırmızı.az

Hava şəraitində dəyişiklik gözlənilmir

Azərbaycanda mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, yaxın 2-3 gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Həmin müddətdə Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 14-18 dərəcə isti olacaq.

Bakıda və Abşeron yarımadasında noyabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq külyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, Lənkəran-Astara rayonlarında az yağış yağma ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm