Polis bir güllə sevgilisinin, bir güllə öz başına çaxdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Polis bir güllə sevgilisinin, bir güllə öz başına çaxdı - VİDEO

Türkiyədə 23 yaşlı polis məmuru 21 yaşlı sevgilisini tapançayla vuraraq öldürdükdən sonra intihar edib.

Hadisə ötən gün saat 19.40 radələrində Trabzonun Xızırbəy məhəlləsində olan mənzildə baş verib. Polis məmuru Əli Aktaş qaldığı evdə sevgilisi Fatma Zaim ilə mübahisə edib. Aktaş sevgilisini tapançayla başından vuraraq öldürdüb. Bundan sonra silahı öz başına söykəyən Aktaş intihar edib.

Hadisə yerinə gələn polis evdə Fatma Zaim ilə polis məmuru Əli Aktaşın cəsədini tapıb. Zaim və Aktaşın cəsədləri ekspertiza üçün Trabzon Ədli Tibb Təşkilatına göndərilib.

Hadisə ilə əlaqədar istintaq davam edir.

Teleqraf.com hadisə yerindən olan videonu təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm