Bakının ən böyük prospektində zəncirvari yol qəzası - VIDEO
Bizi izləyin

Qırmızı.az

Bakının ən böyük prospektində zəncirvari yol qəzası - VIDEO

Milli.Az-ın hadisə yerində olan müxbiri bildirir ki, Heydər Əliyev prospektində 3 maşın toqquşub. 2 "Mercedes" və "VAZ-2107" bir-birinə dəyib.

Heydər Əliyev prospektində 3 maşın toqquşub. 2 "Mercedes" və "VAZ-2107" bir-birinə dəyib.

Qəza zamanı "VAZ-2107"də olan ailə üzvləri xəsarət alıblar.

Qəzaya düşən "Mercedes"lərdən biri xarab olduğundan yolun kənarında saxlayaraq evakuator gözləyirmiş. Hərəkətdə olan "VAZ-2107" isə yol kənarında dayanmış "Mercedes"i görərək sürəti azaldıb. Bu zaman arxadan gələn başqa bir "Mercedes" arxadan "VAZ-2107"ni vurub. "VAZ-2107" isə xarab olan "Mercedes"ə dəyərək hərəsi bir tərəfə düşüb. "Jiquli"də olan ailə üzvləri xəsarət alıblar, azyaşlı uşaqlar şoka düşüblər.

Hadisə yerinə nə yol polisi, nə də təcili yardım maşını gəlmişdi. /Milli.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm