Qırmızı.az
Sərhədyanı və dağlıq ərazilərdə yaşayan ailələr üçün yeni güzəşt
Azərbaycanda mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə sərhədyanı və dağlıq ərazilərdə yaşayan ailələrə, xüsusilə gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.
Layihəyə görə, ailələrin, xüsusilə üç və daha çox uşaqlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.
Bundan əlavə, gənc, aztəminatlı, çoxuşaqlı və natamam ailələrin əlverişli şərtlərlə sosial təyinatlı mənzillərlə təmin olunması da planlaşdırılır.
Layihədə qeyd edilir ki, dövlət uşaq müəssisələrindən məzun olmuş valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud şəxslər sosial mənzillər və ya ailə tipli yataqxanalarda yaşayış yeri ilə təmin ediləcək. Ali və orta ixtisas məktəblərinin yataqxanalarında ailəli tələbələrin ayrı otaqla təmin edilməsi planlaşdırılır.
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar