Bakıda 3 yaşlı uşaq diləndirilir - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda 3 yaşlı uşaq diləndirilir - FOTOLAR

Bakıda körpə qız uşağı diləndirilir.

Publika.az xəbər verir ki, paytaxtın Nizami küçəsində yerdə oturub gəlib-gedəndən pul istəyən bu balaca qızın dediyinə görə, 3 yaşı var. Adı da Səmradır. 3 yaşı olmasına baxmayaraq, kifayət qədər sərbəst danışan və fikirlərini rahatlıqla ifadə edən Səmranın özündən başqa iki qardaşı olduğunu, ata-analarının onları diləndirdiklərini öyrəndik.

Səmranın sözlərinə görə, Bakıda nənəsi ilə birgə yaşayırlar. Anasının adı Yeganədir. O, qızı burada qoyub evə gedib.

“Bəs sənə soyuq deyil?” sualına cavab kimi əlcəklərini göstərərək “soyuq olsa, bunları geyinirəm” deyə cavab verdi.

Başı ona verdiyimiz konfetləri yeməyə qarışdığından Səmranın bir neçə şəklini çəkə bildik.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm