Sumqayıtda ağacların kəsilməsi ilə bağlı nazirlik polisə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda ağacların kəsilməsi ilə bağlı nazirlik polisə müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıtda ağackəsənlərlə sakinlər arasında yaranan davaya münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Publika.az-a verdiyi məlumata görə, Sumqayıt şəhəri, 14-cü məhəllə, Şahmat məktəbinin arxasında ağacların kəsilməsi barədə daxil olmuş şikayət Nazirliyin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Onun sözlərinə görə, araşdırma zamanı ərazidə bir neçə müxtəlif cinsli və yaş köküstə ağacların kəsildiyi məlum olub.

Nazirlik tərəfindən ağacları kəsənin müəyyənləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinə müraciət olunub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm