Bakı-Naxçıvan reysi ilə uçan uşaqlara yeni güzəşt
Bizi izləyin

Qırmızı.az

Bakı-Naxçıvan reysi ilə uçan uşaqlara yeni güzəşt

Noyabrın 15-dən etibarən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan 2-5 yaşlı uşaqlar üçün də yeni güzəşt tətbiq ediləcək.

Publika.az Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan Azərbaycan vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasının vətəndaşlığı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərə) təsdiq olunmuş uçuş tarifi üzrə 20 manat (aeroportda hava gəmisinə xidmət xərcləri və digər əlavə xərclər nəzərə alınmaqla) məbləğində güzəşt edilir.

Bundan əlavə, I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, 5 yaşından 12 yaşınadək uşaqlara və tələbələrə (ildə 2 dəfə gediş-gəliş üçün) həmin güzəştdən əlavə olaraq, 10 manat məbləğində də güzəşt müəyyən edilib.

Kabinetin yeni qərarı ilə isə uçuş tarifi üzrə 2 yaşından 12 yaşınadək uşaqlara 10 manat məbləğində güzəşt ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm