Özünü körpüdən atmaq istədi
Bizi izləyin

Qırmızı.az

Özünü körpüdən atmaq istədi

Bakının Sabunçu rayonunda bir nəfər gənc "Koroğlu" metrosunun yanındakı körpüdən özünü atmaq istəyib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin intihara cəhd etməsi haqqında məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində məlum olub ki, vətəndaş asma körpünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirir. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində gecə saat 00:32-də intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm