Nazir doğum gününü qeyd edir
Bizi izləyin

Qırmızı.az

Nazir doğum gününü qeyd edir

Bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 58 yaşı tamam olur.

Publika.az-ın məlumatına görə, Ə.Qarayev 1956-cı ilin bu günündə Bakı şəhərində anadan olub. 1963-cü ildə 23 saylı orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib.

1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda, M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib. 1980-1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri, 1985-1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb.

1989-1992-ci illərdə - Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, 1992-1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyətşünaslıq kafedrasında baş müəllim olub.

1993-1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir vəzifəsində çalışıb.


1994-2001-ci illərdə gənclər və idman naziri, 2001-2006-cı illərdə gənclər, idman və turizm naziri olub.

2006-cı ildən mədəniyyət və turizm naziridir.

Ailəlidir, bir övladı var.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm