Gəncədəki qətllə bağlı Rəsmi Məlumat (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Gəncədəki qətllə bağlı Rəsmi Məlumat (YENİLƏNİB)

Baş prokurorluq və Daxili İşlər nazirliy məlum hadisə ilə bağlı birgə məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda deyilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş tədbirlərlə müəyyən edilib ki, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rüstəm Hüseynov və Müşfiq Cəlilov həmin tarixdə tamah məqsədilə yaşadığı mənzilə daxil olaraq Pərvanə İsmayılovanın xüsusi amansızlıqla qətlə yetiriblər. Daha sonra onlar sonuncuya məxsus nağd pul, qızıl-zinət və digər qiymətli əşyaları götürərək cinayətin izini itirmək məqsədi ilə mənzili və meyiti yandırıblar.

İstintaq hərəkətləri ilə həmçinin o da müəyyən olunub ki, M.Cəlilov və R.Hüseynov bu il oktyabrın 1-də gecə saatlarında maska geyinməklə Gəncə şəhər sakini Dilarə Qasımovanın da yaşadığı mənzilə daxil olaraq quldurluq hadisəsi törədib, bıçaqla hədə-qorxu gələrək mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları aparıblar.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

13:22

Gəncədə bir həftə əvvəl amansızlıqla qətl hadisəsi törədən şəxslər tutulub.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində noyabrın 6-da Pərvanə İsmayılovanı qarət məqsədi ilə qətlə yetirib, evini yandırmış Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rüstəm Hüseynov və Müşfiq Cəlilov tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların cari il sentyabrın 30-da Dilarə Qasımovanın evindən quldurluq yolu ilə qızıl əşyalar aparmaları da müəyyən edilib.

Qeyd edək ki, noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib, 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.

Yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm