Abşeronda yaşayış evində partlayış oldu, bir nəfər xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

Abşeronda yaşayış evində partlayış oldu, bir nəfər xəsarət aldı

Abşeronda yaşayış evində partlayış olub, bir nəfər xəsarət alıb.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 12-də saat 19 radələrində Abşeron rayonunun Fatmayı kənd sakini Müşfiq İbrahimovun evində təbii qazın sızmasından ani partlayış baş verib.

M.İbrahimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm