Yeniyetmə qızlar sağlamlıq vəziyyətlərinə görə risk qruplarına bölünəcək
Bizi izləyin

Qırmızı.az

Yeniyetmə qızlar sağlamlıq vəziyyətlərinə görə risk qruplarına bölünəcək

Azərbaycan Səhiyyə Nazirliyi ölkədəki yeniyetmə qızları sağlamlıq vəziyyətlərinə görə risk qruplarına böləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.

Layihəyə görə, cinsi inkişafdakı kənara çıxmaların vaxtında aşkarlanması, sağlamlıq vəziyyətinə görə “risk qruplarının” (sonradan müalicə etmək şərtilə) ayrılması məqsədilə poliklinikalarda yeniyetmə qızlar dispanser müayinədən keçəcəklər. Bu tədbirlərin mütəmadi həyata keçirilməsi planlaşdırılır.

Yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışları və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə maarifləndirmə işləri də aparılacaq.

Layihəyə görə, Bakı şəhərinin və respublikanın digər şəhər və rayonlarının müvafiq tibb müəssisələrində androloji xidmətlər yaradılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm