Sumqayıt vəhhabilərinin lideri həbs olundu – “Bandotdel”dən əməliyyat
Bizi izləyin

Qırmızı.az

Sumqayıt vəhhabilərinin lideri həbs olundu – “Bandotdel”dən əməliyyat

Sumqayıtda evində yeraltı mədrəsə inşa edən vəhhabi tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanılıb. Onun üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan "Valter" markalı tapança aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə baxış zamanı həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm