Zakir Həsənov Türkiyənin Jandarma Baş Komandanını qəbul edib
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov Türkiyənin Jandarma Baş Komandanını qəbul edib

Noyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov işçi səfərilə ölkəmizdə olan Türkiyə Respublikasının Jandarma Baş Komandanı, ordu generalı Abdullah Atayı qəbul edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Z.Həsənov qonağı salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim yüksələn xətt üzrə artdığını, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrin davamlı olduğunu qeyd edib.

Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı Abdullah Atay da öz növbəsində səmimi qəbul üçün təşəkkürünü bildirərək, dövlətlərimizin əlaqələrinin qədim tarixi bazaya, mehriban dostluq. qardaşlıq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi Hasan Nevzat Taşdeler iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm