Ali məktəblərdə demoqrafiya kafedraları yaradılacaq
Bizi izləyin

Qırmızı.az

Ali məktəblərdə demoqrafiya kafedraları yaradılacaq

Azərbaycanın ali məktəblərində demoqrafiya kafedraları yaradılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu, hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.

Əhali sakinliyi və demoqrafiya sahəsində milli kadr potensialının inkişafı məqsədilə layihəyədə müvafiq ali təhsil müəssisələrində demoqrafiya kafedrasının təsis edilməsilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bu işin 2014-2016-cı illər ərzində Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin Əhali Fondu tərəfindən icrası nəzərdə tutulub.

Həmçinin, əhali sakinliyi və demoqrafiya sahəsində kadr potensialının inkişafı məqsədilə ali təhsil müəssisələrində demoqrafiya fənni üzrə müvafiq tədris proqramlarının hazırlanması və tətbiqi, o cümlədən, xarici ölkələrlə təcrübə mübadiləsinin aparılması, ölkədə elmi-praktiki seminarların, konfransların, dəyirmi masaların keçirilməsi, Əhali Sakinliyi və Demoqrafiya üzrə Tədqiqat və Təlim Mərkəzinin fəaliyyətinin inkişaf etdirilməsi də nəzərdə tutulur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm