Qırmızı.az
Sabirabadda 46 günün gəlini yanıb külə döndü - FACİƏ
Ötən gün ANS-də yayımlanan “Adam içində” verilişinə müraciət edən Sabirabad rayon sakini Əli Şahlar oğlu Əmənov nəvəsinin yaşadığı evdə müəmmalı şəkildə yandığını bildirib.
Əməkdaşımız canlı yayımdan sonra mərhumun babası ilə görüşüb. Ə.Əmənov bildirib ki, nəvəsi Nazlı Sahib qızı Əmənova 1994-cü ildə Sabirabad rayonu Zalqarağac kəndində anadan olub. Zalqarağac kənd orta məktəbini və Şirvan Pedaqoji kollecini bitirib. 2014-cü ilin mayında həmkəndlisi və sinif yoldaşı olan Qurban Şəmistan oğlu Hacıyevlə ailə həyatı qurub:
“2014-cü il iyunun 18-də nəvəmin yaşadığı ev yanıb və o, faciəli,
eyni zamanda, müəmmalı şəkildə dünyasını dəyişib”.
Ə.Əmənov hesab edir ki, bu məsələdə nəvəsinin həyat yoldaşı
Qurban Hacıyev, baldızları Aygün və Aynurə Hacıyevalar və Nazlının
baldızının həyat yoldaşı Samitin əli var:
“Hadisə baş verən gün - iyunun 18-də mən Şirvan şəhərində yas
yerində olmuşam. Nazlının atası, yəni mənim oğlum Sahib Əmənovla
gəlinim isə onlarda olublar. Axşam oğlum evlərinə qayıdıb. Gəlinim
isə qızıgildə qalıb və səhər tezdən evə gəlib. Axşamdan ailədə
mübahisə yaranıb. Hətta baldızları Nazlının dəli olduğunu
deyiblər:
“Nazlı heç vaxt dəli ola bilməzdi. Bu barədə onun müəllimlərinin də
rəyi var. Yerini bilən, ədəbli-ərkanlı qız olub. Oğlum mənə zəng
elədi ki, Nazlıgilin evi yanıb, qız da qalıb içəridə. Oğlum haraya
gedəndə deyiblər ki, Nazlı evdə yoxdur. Necə ola bilər ki, iyunda
Sabirabad kimi isti yerdə qapı-pəncərə bağlı olsun? İkincisi də,
bunlar deyirlər ki, qız evdə yoxdur. Deməli, bu işdə nəvəmin
baldızlarının, ərinin və baldızının həyat yoldaşının əli var. Nazlı
mənim ilk nəvəm idi. Nazlının həyat yoldaşı da kasıb oğlandır,
bizim kimi təsərrüfatla məşğuldur”.
Ə. Əmənov saytımız vasitəsilə aidiyyəti qurumlara müraciət edib:
“Bu məsələyə aidiyyəti olan bütün qurumlardan, həmin təşkilatların rəhbərlərindən xahiş edirəm ki, məsələyə düzgün baxılsın. Vəziyyətimiz çox pisdir, nə edəcəyimizi bilmirik. İyirmi yaşlı balamızı itirmişik. Nazlı elə yanmışdı ki, tibbi ekspertizaya vermək istəmədik. Bütün bədəni kül olmuşdu... Cəmi qırx altı günün gəlini oldu".
İntiqam VALEHOĞLU
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub