Qırmızı.az
Şeyx: “İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki...”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində fəaliyyət göstərən Din Xadimlərini Təkmilləşdirmə Kurslarının növbəti - dördüncü buraxılışı olub. Publika.az-ın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, kursların fəaliyyətini Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirib.
QMİ sədri təkmilləşdirmə kurslarını bitirən müdavim-ruhanilərin qarşısında böyük öhdəliklər olduğunu söyləyib, müqəddəs İslam dininin cəmiyyətimizə doğru-düzgün çatdırılmasının vacibliyini vurğuladı: “İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, bəzi gənclərimiz bizlərdən uzaqlaşaraq təsir altına düşür və cihad adı ilə başqa ölkələrə yollanırlar. Biz dinimizi düzgün təbliğ etsək, belə halların qarşısı alınar”.
Həmçinin Şeyxülislam həzrətləri təkmilləşdirmə kurslarının din xadimlərinin bilik və dünyagörüşü səviyyəsinin daha da artırılması baxımından olduqca mühüm rol oynadığını və bu kursların bundan sonra da davam etdiriləcəyini qeyd etdi.
Daha sonra din xadimlərinə təkmilləşdirmə kurslarını bitirmələrini təsdiq edən sertifikatlar təqdim olundu.
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO