Ucarda dəhşətli qəza – Ölən var
Bizi izləyin

Qırmızı.az

Ucarda dəhşətli qəza – Ölən var

Ucar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ucar rayonu, Alpı kəndində iki "Kamaz" markalı yük avtomobili toqquşub.

Avtomobillərdən birinin sürücüsü 1964-cü il təvəllüdlü Hüseynov Qara Dəmir oğlu isə hadisə yerində vəfat edib.

Xilasedicilər sürücünün cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 05:56-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm