Azərbaycanda 157 kənddə 50 nəfərdən az adam yaşayır
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 157 kənddə 50 nəfərdən az adam yaşayır

Azərbaycanda 157 kənddə 50 nəfərdən az adam yaşayır

2013-cü ildə Azərbaycanın kənd, qəsəbə və şəhərlərinin əhalisinin sayına görə statistikası açıqlanıb.

Publika.az-ın Dövlət Statistika Komitəsindən aldığı məlumatına görə, Azərbaycanda 66 rayon, 340 şəhər və ya qəsəbə, 4255 kənd var. Rayonlardan 7-si, kəndlərdən isə 207-si Naxçıvan Muxtar Respublikasının payına düşür. Statistik cədvəldən bəzi maraqlı məqamları diqqətinizə çatdırırıq.

- Rayonlardan ikisinin əhalisinin sayı 20 min nəfərdən azdır. 24 rayonun əhalisinin sayı isə 100 mini keçib.

- Şəhərlərdən 15-nin əhalisinin sayı 50 min nəfərdən çoxdur (Bakı, Gəncə və Sumqayıt daxil olmaqla).

- 4255 kənddən 157-sinin sayı 50 nəfərdən azdır. 178 kəndin əhalisinin sayı isə 50-100 nəfər arasıdır. Əhalisinin sayı 100-200 nəfər olan kəndlərin sayı isə 386-dır.

- Azərbaycanda əhalisinin sayı 3000-5000 olan kəndlərin sayı 181, 5 min nəfərdən çox olanların sayı isə 83-dür.

Elturan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm