Qırmızı.az
QHT-lər haqqında qanuna dəyişiklik edildi
Azərbaycan Prezidenti İlham Əliyev “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1082-IVQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu
bəndini rəhbər tutaraq, “Qeyri-hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının
2014-cü il 17 oktyabr tarixli 1082-IVQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının “Qeyri-hökumət təşkilatları
(ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.2. iki ay müddətində:
1.2.1. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)
haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.5-ci maddəsinə
uyğun olaraq, qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin
qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin
qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə
məlumatların təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2.2. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)
haqqında” Azərbaycan Respublikası Qanununun 24-2.1-ci maddəsinə
uyğun olaraq, qeyri-hökumət təşkilatı tərəfindən xarici maliyyə
mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi
haqqında müqavilənin qeydə alınması qaydasını Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2.3. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)
haqqında” Azərbaycan Respublikası Qanununun 24-2.2-ci maddəsinə
uyğun olaraq, qeyri-hökumət təşkilatı tərəfindən müqavilə olmadan
və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlərin göstərilməsinə
və ya işlərin görülməsinə görə inzibati məsuliyyət müəyyən edən
qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların “Qeyri-hökumət təşkilatları (ictimai birliklər
və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki:
3.1. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)
haqqında” Azərbaycan Respublikası Qanununun 24-1.5-ci maddəsinin
birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının
Nazirlər Kabineti, ikinci halda Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata
keçirir;
3.2. həmin Qanunun 24-2.1-ci maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!