Xoşqədəm Hidayətqızı o qızı tapdı
Bizi izləyin

Qırmızı.az

Xoşqədəm Hidayətqızı o qızı tapdı

"Səni axtarırıam"da erməni ailəsinə himayə verilmiş Zəhranın qeyri-adi taleyi müzakirə olunacaq.

“Səni axtarıram” verilişinin uzun zamandır “erməni qızı” kimi tanınan Viktoriya Balayan haqda axtarışı yekunlaşıb. Bu gün ATV telekanalında saat 22.00-da yayımlanacaq verilişdə illərdir Viktoriya Balayan adı ilə tanınan Zəhra Abdullayevanın ürəkparçalan taleyi barədə danışılacaq.

“Səni axtarıram” verilişinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı Teleqraf.com-a açıqlamasında erməni ailəsində böyüyən Zəhranın həyatı haqda qeyri-adi axtarış barədə danışıb: “41 il öncə Zəhra Abdullayevanı anası uşaq evinə qoyur. O, 3 aylığında bir erməni ailəsi tərəfindən övladlığa götürülür və Özbəkistana aparılır. Balaca Zəhra insanın inanmayacağı həyat hekayəsini yaşayır. 13 yaşında nənəsinin xəstəxanada təsadüf nəticəsində Zəhranın həqiqi sənədlərini onun yanında unudub qoyması hər şeyin üstünü açır. Xəstəxanada 13 yaşlı Viktoriya Balayan adı verilmiş Zəhra Abdullayeva bilir ki, o, bir azərbaycanlının övladıdır. O qızın bütün həyatı darmadağın olur, günlərlə küçədə qalır, evdən qaçır. Sizə açıq deyim ki, onun bütün sənədləri məhv olunmuşdu. Bizim üçün çox çətin axtarış oldu. İllərlə bu axtarışı apardıq, bəlkə də bu barədə müraciət “Səni axtarıram” yarandığı günlərdə bizə ilk müraciətlər olunanlar sırasında idi. Həm Zəhra, həm də “Səni axtarıram” tərəfindən illərlə sürən bu axtarışın nəticəsi bu gün açıqlanacaq. Böyük ürəkparçalayan həyat hekayəsini yekunlaşdırırıq. Çox sevinirəm ki, bu həyat hekayəsini yekunlaşdırdıq. Əslində hər bir yaxınını axtaran şəxsin müraciəti bizim üçün önəmlidir. Amma nədənsə Zəhra üçün daha çox çalışdım. Mən Viktoriya üçün yayda belə istirahət etmədim. Bütün günümü Özbəkistan, Moskva, Gəncədə keçirdim. Zəhra ailəsi tərəfindən qəbul edilməsə də, ailəsi onun erməni ailəsində böyüdüyünü bilib ondan imtina etsə belə dedim ki, biz buna gedəcəyik, heç olmasa bu qız Balayan soyadından qurtulsun, heç olmasa bu qız öz azərbaycanlı soyadını əldə etsin. Biz həqiqətən böyük əmək sərf etdik. Çox qürurluyam ki, bizim komandamız bunu bacardı, bu gün o xəbər Viktoriyaya nəhayət ki, veriləcək. Hər kəs bilir ki, bir erməni ailəsində böyümək bir azərbaycanlı üçün nə deməkdir. Mənə görə böyük işgəncədir. Bir də biləndə ki, sən azərbaycanlısan, sənin Qarabağ boyda dərdin var, ölkən nə qədər şəhid verib, torpaqlarını itirib, bu, bir insan üçün böyük faciədir. İstər psixoloji, mənəvi, bütün mənalarda əzablı yolun sonu bu gün “Səni axtarıram”da olacaq. Məncə hər kəs baxmalıdır. Bu tale həm də analara mesajdır ki, övladlarınızı atmayın. Övladlarınızı atdıqdan sonra onlara o cür ağlasığmaz işgəncəli, əzablı həyat verirsiniz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm