Qırmızı.az
Allahşükür Paşazadəyə Orden verilib
Dini tolerantlığın möhkəmləndirilməsi layihəsi
çərçivəsində “Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından
kənarda çağırışlar” mövzusunda Bakıda keçiriləcək beynəlxalq
konfransın iştirakçılarının şərəfinə Qafqaz Müsəlmanları İdarəsi
tərəfindən ziyafət verilib.
ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski mərasimdə
çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən danışıb.
Bildirilib ki, konfransda Azərbaycandakı tolerantlıq modeli
müzakirə ediləcək, ATƏT məkanında tolerantlığa dair çağırışlar
olacaq.
Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç ölkəmizdəki
tolerantlıq mühitindən bəhs edib. O, Belarusun da daim bu məsələyə
xüsusi diqqət ayırdığını vurğulayıb. Azərbaycan-Belarus
münasibətlərindən danışan səfir ölkələrimiz arasında bütün
sahələrdə yaxşı əlaqələrin olduğunu bildirib.
Diplomat bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Qafqaz
Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri,
MDB müsəlmanlarının Məşvərət Şurasının sədri, Qafqaz Xalqlarının
Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadəni
Belarus-Azərbaycan dövlətlərarası dialoqunun inkişafına verdiyi
mühüm töhfəyə, ölkələrimiz arasında ticarət-iqtisadi və mədəni
əlaqələrin genişlənməsindəki fəaliyyətinə və dinlərarası razılığın
möhkəmləndirilməsində gördüyü işlərə görə “Fransisk Skorina” ordeni
ilə təltif edib.
Səfir N.Pastkeviç ordeni Qafqaz Müsəlmanları İdarəsinin sədri
Allahşükür Paşazadəyə təqdim edib.
Şeyxülislam Allahşükür Paşazadə fəaliyyətinə verilən belə yüksək
qiymətə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya dərin
minnətdarlığını bildirib. Vurğulayıb ki, orden Azərbaycanda mövcud
tolerantlıq ənənələrinə verilən yüksək qiymətdir.
Şeyxülislam ölkədə müxtəlif dini icmaların nümayəndələrinin dostluq
və qardaşlıq şəraitində yaşadığını qeyd edib. QMİ sədri bildirib
ki, belə mötəbər beynəlxalq konfransın ölkəmizdə keçirilməsi
Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının
göstəricisidir.
Tədbirdə Milli Məclisin deputatları, dövlət və hökumət
nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun
təmsilçiləri, din xadimləri iştirak ediblər.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır