Qırmızı.az
Baytarlıq Xidmətindən quş qripi xəbərdarlığı
Quş qripinə görə monitorinqə start verilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Publika.az-a verilən məlumata görə, quş qripinin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlamaq məqsədilə monitorinqlər keçirilir.
Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.
Nəzarət tədbiri köçəri quşların ehtimal olunan müvəqqəti
məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və
Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin
dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi
nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq
və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə
tutulur.
Ölkə ərazisində köçəri və ev quşlarına görə başlanan monitorinqin
nəticələri noyabrın 28-də ictimaiyyət üçün açıqlanacaq.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti
Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə
çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye
quşları qapalı şəraitə keçirilməli, heyvanlarda (mal-qara, quşlar,
balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə,
peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar
baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə
saxlanılmalıdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti
Xidməti xatırladır ki, köçəri və çöl quşlarının ovlanması,
satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti
qadağandır.
Hal-hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik
vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət
Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi
tədbirlər həyata keçirir.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı