Qırmızı.az
Bakıda uşaqların idarəçiliyi ilə forum keçirilir
Bu gün Azərbaycan Uşaqlarının III Forumu keçirilir. Publika.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə keçirilən forum iştirakçılarına Prezident İlham Əliyev təbrik məktubu ünvanlayıb.
Məktubu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub. Daha sonra uşaq siyasəti
ilə bağlı film nümayiş olunub.
Forumda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Hüseynova bu cür Forumların keçirilməsinin
artıq ənənəyə çevrildiyini bildirib.
“Qloballaşma şəraitində uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür. Ümid edirik ki, yer üzündə yaşayan uşaqların, o cümlədən Azərbaycan uşaqlarının hər birinin arzu və istəkləri həyata keçiriləcək və müharibədən, zorakılıqdan uzaq həyat sürəcəklər".
H. Hüseynova uşaqların intellektual və hüquqi biliklərinin
artmasında Forumların xüsusi rolunun olduğunu da vurğulayıb. Onun
sözlərinə görə, əvvəlki forumlarda təklif olunan bir sıra məsələlər
həllini tapıb.
Forumda təhsil nazirinin nüavini Firudin Qurbanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Əmək və əhalinin sosial müdafiəsi nazirinjn müavini Natiq Məmmədov, Xarici işlər Nazirliyinin İnsan Hüquqları və Demokratiya İdarəsinin rəisi Marat Kəngərlinski, Bakı Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva, YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadze çıxış ediblər.
Foruma ümumilikdə 350 nəfərə yaxın uşaq, həmçinin xüsusi istedadı
olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, sağlamlıq imkanları
məhdud, digər millətlərdən olan, valideyn himayəsindən məhrum
olmuş, qaçqın və məcburi köçkün uşaqlar nümayəndə qismində seçilib.
Forumu uşaqlar özləri idarə edib. Forum zamanı bu gün uşaqlar üçün
aktual hesab olunan 7 mövzu üzrə aidiyyəti dövlət orqanlarını
təmsil edən ekspertlərin iştirakı ilə qrup müzakirələr
keçirilib.
Forumun yekunu olaraq Azərbaycan Uşaqlarının III Ümumrespublika
Forumu iştirakçıları adından prezident İlham Əliyevə müraciət,
Forumun Yekun Bəyənnaməsi və Azərbaycan uşaqları adından dünya
ictimaiyyəti və beynəlxalq təşkilatlara ünvanlanmış bəyənat qəbul
ediləcək.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi