Qırmızı.az
Rəhim Qazıyev: “Turqud Ər 1992-ci ildə səfirin çaydaşıyanı olub“
"20 ildir ki, fala baxmaqla məşğuldurlar"
"Azadlıq" qəzetinin dünənki sayında Türkiyənin Azərbaycandakı səfirliyində 1990-cı illərin əvvəllərində çalışan Turqut Ərin fikirləri verilib. O, Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Moskvada Rusiyanın həmin vaxtkı müdafiə naziri Pavel Qraçovun rəhbərliy ilə bir toplantı keçirildiyini, orada Elçibəy hakimiyyətinin devrilməsi ilə bağlı plan hazırlandığını deyib.
Deyilənə görə, çevriliş planı "tam məxfi" sənədlərdən sayılır və o sənəddə 3 rus generalı, Rəhim Qazıyev, Ayaz Mütəllibov, Surət Hüseynov, Qurban Xəlilov, Natiq Əliyev, Yaqub Məmmədov, Etibar Məmmədov kimi şəxslərin adı yer alıb.
Publika.Az-a açıqlamasında Rəhim Qazıyev türkiyəli diplomatın dediklərinin böhtan olduğunu deyib.
Kiminsə devrilməsi üçün keçirilən hansısa bir toplantıda iştirak etmədiyini deyən sabiq müdafiə naziri qeyd edib ki, o, dəfələrlə səslənən bu kimi ittihamlara münasibətini həm mərhum Əbülfəz Elçibəyə də, həm İsa Qəmbərə söyləyib:
"Mən sözümü həmişə açıq deməyi bacarmışam. Nəyə görə gizli bir toplantıda iştirak etməli idim. Turqud Ər 1992-ci ildə səfirin çaydaşıyanı olub. Belə bir adam bu qədər dərin məlumata necə sahib ola bilərdi? O, bundan əvvəl də yazmışdı ki, guya mən Rusiyanın agentiyəm. Kişi faktlarla danışar.
Mən o adamı məhkəməyə verə bilərəm, amma onun səviyyəsinə enmək istəmirəm. 11 ay vəzifədə olmuşam, 20 ildir ki, haqqımda danışırlar. Düz 20 ildir ki, fala baxmaqla məşğuldurlar. Bu qədər ədalətsizlik olmaz axı".
Həbsdən çıxdığım 7 ildir. Bu müddət ərzində mənim barədə böhtan səsləndirənlərin hamısını dəyirmi masaya dəvət etmişəm. Heç biri gəlib çıxmayıblar. Təklifim bu gün də qüvvədədir".
Ömər Əmirov
Publika.Az
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...