Bakıda tıxac var
Bizi izləyin

Qırmızı.az

Bakıda tıxac var

Bakıda bir sıra ərazilərdə avtomobil yollarında sıxlıq müşahidə olunur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesindən şəhər istiqamətində - Avtovağzalın qarşısında tıxac müşahidə olunur.

O cümlədən, Cavadxan küçəsi, Şeyx Şamil küçəsi, nisbətən də Yusif Səfərov küçəsində avtomobillərin hərəkətində sıxlıq var.

20 Yanvar dairəsi bağlandığından səhər saatlarında bu ətrafda güclü tıxac yaranıb. NİİM-dən bildirdilər ki, hazırda dairədə polis hərəkəti tənzimləyir və avtomobillərin rahat hərəkəti bərpa olunub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm