Girov götürülmüş azərbaycanlıların məhkəməsi qanunsuzdur
Bizi izləyin

Qırmızı.az

Girov götürülmüş azərbaycanlıların məhkəməsi qanunsuzdur

Dağlıq Qarabağdakı qondarma rejim tərəfindən Kəlbəcərdə girov götürülmüş azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qurulmuş məhkəmənin heç bir əsası yoxdur və qanunsuzdur.

Trend xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərə açıqlamasında deyib.


R.Rzayevin sözlərinə görə, Kəlbəcərdə ermənilər tərəfindən saxlanılan Ş.Quliyev və D.Əsgərov hər hansı cinayət əməli törətməyiblər.


O bildirib ki, Azərbaycan dövləti diplomatik yollarla bu məsələni həll etməyə çalışır: “Əgər onlar gələcəkdə hansısa bir qərar qəbul etsələr, bizim hüququmuz var ki, bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edək və bu məsələni beynəlxalq səviyyədə həll edək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm