Qırmızı.az
Polisin avtomobilinizi saxlamasına ehtiyac qalmayacaq
İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi tezliklə Daxili İşlər Nazirliyinin (DİN) məlumat bazasına inteqrasiya ediləcək.
Bunu Trend-ə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib.
Onun sözlərinə görə, İSB-nin informasiya sistemi tezliklə DİN-in
nəqliyyat vasitələri və şəxsiyyət vəsiqələri üzrə məlumat bazasına
inteqrasiya olunacaq: "Hazırda texniki məsələlər yekunlaşmaq
ərəfəsindədir".
N.Xəlilov qeyd edib ki, yol polisi artıq avtomobili saxlamadan
avtomobilin texniki baxışdan keçməsi, onun qaçırılması və s.
məsələləri yoxlaya bilər: "Hazırda yol polisinin zəruri texniki
imkanları var və inteqrasiyadan sonra yol polisi avtonəqliyyat
vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
(AVSMMİS) üzrə polisin mövcudluğunu məsafədən yoxlaya
biləcəklər".
O, əlavə edib ki, inteqrasiyadan sonra blanklardan imtina etmək və
AVSMMİS üzrə elektron polisə keçmək imkanı yaranacaq: "İnteqrasiya
sığorta şirkətlərinin icrasına 2011-ci ilin dekabrında başladıqları
"İcbari sığortlar haqqında" qanun çərçivəsində həyata
keçirilir".
AVSMMİS polisinin olmamasına görə tətbiq edilən cərimələrə gəlincə,
N.Xəlilov bildirib ki, onların artırılmasına ehtiyac görmür:
"Hazırda fiziki şəxslər üçün müvafiq sığortanın olmamasına görə
cərimənin həcmi 50 manat, vəzifəli şəxslər üçün 100 manatadək,
hüquqi şəxslər üçün isə 300 manatadəkdir".
İnformasiya sisteminin inteqrasiyası ilə diqqətli sürücülərə qarşı
tətbiq edilən bonus sistemindəki çatışmazlıqlar aradan
qaldırılacaq. Onun sözlərinə əsasən, ümumilikdə "bonus-malus"
sistemi normal işləyir, lakin sığorta agentlərinin məlumatları səhv
daxil etməsi üzündən müəyyən problemlər yaranır: "Bu sistem insanın
şəxsiyyət vəsiqəsinin PIN kodu üzrə identifikasıyasını həyata
keçirir. Sistem bu PIN kod üzrə insanın kimliyini müəyyənləşdirir
və onu birinci dəfə səhv, növbəti dəfə isə doğru daxil edərkən
sistem həmin insanı eyni şəxs kimi tanımır və əvvəlki informasiyanı
nəzərə almır. Lakin inteqrasiyadan sonra (DİN-in məlumat bazası
ilə) bu problem həll olunacaq".
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı