Nazir Qəbələdə vətəndaşlarla görüşəcək
Bizi izləyin

Qırmızı.az

Nazir Qəbələdə vətəndaşlarla görüşəcək

Noyabrın 24-də gənclər və idman naziri Azad Rəhimov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayon sakinlərinin iştirak edəcəkləri qəbul saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində (Qəbələ şəh., 28 May küçəsi, 40, Heydər Əliyev parkının yanı) baş tutacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 24-dək saat 09:00-dan 18:00-dək aparılacaq.

Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar:

Qəbələ - 050-399-06-33
Balakən - 055-722-12-15; 051-886-55-66
Oğuz - 050(070)-394-94-04
Qax - 055(077)-365-25-00
Şəki - 055-605-00-00
Zaqatala - 050-382-78-13
İsmayıllı - 055-287-70-10; 050-453-22-33

Oxumağa davam et
Reklam
Reklam

Gündəm