Qırmızı.az
Sosial xidmətlər üzrə minimum standartlar hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sosial sifarişləri əsasında ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən göstərilən sosial xidmətlərə dair minimum standartlar hazırlayır.
Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qabaqcıl dünya təcrübəsi əsasında, beynəlxalq ekspertlərlə birgə cari ilin sonunadək hazırlanacaq standartlar ixtisaslaşmış QHT-lər tərəfindən göstərilən sosial xidmətlərin monitorinqi və qiymətləndirilməsi mexanizminin formalaşdırılması üçün əsas rolunu oynayacaq. Bu isə nəticə etibarilə vətəndaş cəmiyyətləri tərəfindən göstərilən sosial xidmətlərin keyfiyyətinin, səmərəliliyinin və ünvanlılığının artırılmasına imkan yaradacaq.
“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkəmizdə sosial xidmətlərin göstərilməsində ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin də iştirakına şərait yaradılıb. ƏƏSMN-nin sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə qalib gəlmiş layihələr üzrə ixtisaslaşmış QHT-lər tərəfindən çoxşaxəli sosial xidmətlərin göstərilməsi təmin olunur. Bu ilin ötən dövründə qeyd olunan layihələr üzrə respublikanın müxtəlif bölgələrində günərzi qayğı və reabilitasiya mərkəzləri, sığınacaqlar və s. yaradılıb, ümumilikdə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də onların ailələri sosial xidmətlərlə təmin olunub.
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı