Nərgiz Paşayeva anasının kitablarını hədiyyə etdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Nərgiz Paşayeva anasının kitablarını hədiyyə etdi - FOTO

AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna hədiyyə edib.

Nərgiz Paşayeva şərqşünas alim Aida İmanquliyevanın irsindən bəhs edən kitabları Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib

M.V.Lomonasov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva görkəmli şərqşünas alim Aida İmanquliyevanın irsindən bəhs edən kitabları Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib.

Publika.Az-ın verdiyi xəbərə görə, kitabda Azərbaycanın görkəmli şərqşünas alimi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın qələmə aldığı məqalələrin və ərəb dilindən Azərbaycan dilinə tərcümə edilib. Hekayələrin toplandığı “Məqalələr və tərcümələr” kitabı Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib. Həmçinin görkəmli şərqşünas alimin 70 illik yubileyinə həsr olunmuş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun materiallarının ingilis dilində nəşr olunmuş nüsxəsini və “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materiallarının dərc edildiyi kitabları AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna hədiyyə edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm