Qırmızı.az
Sumqayıtlılara iş verdilər - FOTOLAR
ƏƏSMN-nin Sumqayıtda keçirdiyi Əmək yarmarkasında işsiz və işaxtaran vətəndaşlara 620 boş iş yeri təqdim edilib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əmək yarmarkasında 37 müəssisə ("Azərkimya" İB, "Azersun Holding" MMC, “Gilan Tekstil Parkı”, Sumqayıt Texnologiyalar Parkı” MMC, “BASF” şirkəti, REDUCO Tədris Mərkəzi, "Samuray Plastik" firması və s.) tərəfindən fəhlə və qulluqçu peşələri üzrə 620 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunub.
Təqdim olunan boş iş yerlərində əmək haqqının ən aşağı həddi 200 manat, ən yüksək həddi isə 1200 manat təşkil edib. Aktiv məşğulluq tədbirində boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edib. Yarmarkada işsiz və işaxataran vətəndaşlara boş iş yerlərinə göndəriş verilməklə yanaşı, müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına və ya ödənişli ictimai işlərdə çalışmaq istəyənlərin qeydiyyatı da aparılıb.
Tədbirdə ƏƏSMN və BMT İnkişaf Proqramının birgə icra etdiyi “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi üzrə Sumqayıt şəhərində fəaliyyət göstərən SYSLAB Təlim Tədris Mərkəzi də təmsil olunub və Mərkəzdə innovativ metodlarla işaxtarma bacarıqlarına yiyələnmək istəyən şəxslər qeydiyyata götürülüb.
Gülnar
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!