Qırmızı.az
Qənirə Paşayeva Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri ilə görüşdü
Millət vəkili Qənirə Paşayeva Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva ilə görüşüb və ətraflı fikir mübadiləsi aparıblar.
Publika.Az-ın verdiyi xəbərə görə, görüşdə millət vəkili Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycan diaspora təşkilatlarının üzərinə düşən vəzifələrə toxunub.
O, bu işdə türk diaspora təşkilatları ilə birgə hərəkət etmələrinin vacibliyini qeyd edib. Millət vəkili Almaniyada fəaliyyət göstərən insanlarımızın qurduğu diaspor təşkilatlarının bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həlli üçün bərabər çalışmalarını xüsusi diqqətə çatdırıb. Millət vəkili harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspora təşkilatlarının Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün birlikdə çalışmalarını sürətləndirmələrinin vacibliyini vurğulayıb. Təşkilatın bu günə qədər gördüyü işlər, Azərbaycan mədəniyyəti, tarixi, həqiqətlərinin yayılması istiqamətində həyata keçirdikləri layihələr barədə geniş məlumat verən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva Almaniyada fəaliyyət göstərən Azərbaycan diaposr təşkilatları və bütün Türk diaspor təşkilatları ilə sıx əməkdaşlıq etdiklərini, Azərbaycan həqiqətlərinin yayılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildirib. O, bəyan edib ki, təşkilat indiyə qədər olduğu kimi bundan sonra da daim Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində layihələr, tədbirlər həyata keçirəcək və bu istiqamətdə işləri daha da surətləndirəcəklər. Cəmiyyətin rəhbəri bu istiqamətdə görülən işlər və həyata keçirməyi planlaşdırdıqları layihələr barədə millət vəkilinə məlumatlar verib.
Millət vəkili Qənirə Paşayeva isə təşkilatın fəaliyyətində, həyata keçirdiyi layihələrdə hər zaman bir millət vəkili və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri kimi iştirak və dəstək verməyə hazır olduqlarını bildirib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva Azərbaycanla bağlı və özünün müəllifi olduğu kitabları da hədiyyə edib.
Publika.Az
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom