Qırmızı.az
Konstitusiya Məhkəməsi əmək pensiyaları ilə bağlı qərar verdi
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ali
Məhkəməsinin 2013-cü il 27 dekabr tarixli sorğusu əsasında “Əmək
pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin Azərbaycan
Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Rövşən İsmayılovun
məruzəsini, tərəflərin nümayəndələrinin və mütəxəssislərin
çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək
qərar qəbul edib.
Qərarda deyilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən, həmin Qanunun
20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində
göstərilən şəxslərdən (yalnız həmin orqanlarda azı 25 il qulluq
stajı olan) fərqli olaraq, bu Qanunun 20.1.1-ci – 20.1.10-cu və
20.1.14 – 20.1.21-ci maddələrində sadalanan digər işləyən
pensiyaçılara həmin vəzifədə çalışdıqda, qulluq stajına görə əmək
pensiyasına əlavələrin ödənilməsinin dayandırılması Azərbaycan
Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsi, 29-cu
maddəsinin IV hissəsi və 71-ci maddəsinin II hissəsi ilə
uyğunsuzluq təşkil etmir.
Dövlət orqanlarının fəaliyyətində sabitliyin və davamlılığın
möhkəmləndirilməsi məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 20.1.1-ci–20.1.10-cu və 20.1.14-cü –
20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına
görə əmək pensiyasına əlavələrin hesablanması qaydasının və
sərtlərinin təkmilləşdirilməsi qanunvericilik qaydasında tədricən
həyata keçirilə bilər.
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”