Qırmızı.az
Əqli mülkiyyət məhsullarına holoqramlar nə vaxt vurulacaq?
Əqli mülkiyyət məhsullarında xüsusi nəzarət markalarının (holoqram) tətbiqinə 2015-ci ildə başlamaq planlaşdırılır. Bunu Trend-ə Müəllif Hüquqları Agentliyindən deyiblər.
Agentlikdən bildiriblər ki, nəzarət markalarının (holoqram) tətbiqi
üzrə texniki və təşkilati işlər başa çatdırılıb və onların satın
alınması üzrə daha əvvəl əvvəl elan edilmiş tenderin nəticələri
dekabrda açıqlanacaq: "Müvafiq olaraq, holoqramların tətbiqinə
gələn ilin əvvəlindən başlamaq mümkün olacaq".
Qeyd edək ki, Müəllif Hüquqları Agentliyinin tabeliyindəki Əqli
Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi rəqəmsal hüquqların idarə
edilməsi ilə yanaşı, müəlliflik hüququ və əlaqəli hüquqlar
obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı,
məlumat toplusu, kitab) nüsxələrinin xüsusi nəzarət markaları ilə
təchiz olunması məsələlərinin tənzimlənməsi ilə məşğul olacaq.
Agentlikdə müəllif-hüquq obyektlərinin (audiovizual əsər, fonoqram,
kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılan
nəzarət markalarının fərdiləşdirilməsi üzrə elektron sistem
yaradılıb. Həmçinin smart tipli mobil telefon vasitəsilə nəzarət
markası yapışdırılan müəlliflik hüququ və əlaqəli hüquqlar
obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı,
kitab) nüsxələrinin orijinallığını müəyyən edən "Track & Trace"
sistemi (nəzarət markalarının və nüsxələrin qanuniliyinin
"izlənməsi" sistemi) quraşdırılıb.
Holoqramlar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəllif
hüquqları məhsulları istehsalçılarına onların ərizəsi əsasında
veriləcək. Audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat
toplusu, kitab nüsxələrinə yapışdırılan nəzarət markasının 1
ədədinin qiyməti 0,15 manat müəyyən edilib.
İnzibati Xətalar Məcəlləsinə əsasən, nəzarət markası
yapışdırılmadan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin
(audiovizual əsər, fonoqram, kompüter proqramı, kitab) nüsxələrinin
kommersiya məqsədi ilə satışı və ya yayılma məqsədi ilə saxlanması,
istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və
ya digər üsullarla yayılması hallarına görə hər bir belə nüsxəyə
görə fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi
şəxslərə isə 150 manat miqdarında cərimə tətbiq ediləcək.
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU