Bakının ən hündür yerində nəhəng otel tikilir
Bizi izləyin

Qırmızı.az

Bakının ən hündür yerində nəhəng otel tikilir

“Swissotel Hotels & Resorts” adlanacaq layihə iki əsas binadan ibarət olacaq.

Bakının ən hündür yerində - Badamdar qəsəbəsində yeni və nəhəng otelin tikintisinə başlanılıb. Publika.az-ın məlumatına görə, “Swissotel Hotels & Resorts” adlanacaq layihə iki əsas binadan ibarət olacaq.

“Swissotel Baku” 2015-ci ildə Avropa Olimpiya Oyunları ərəfəsində açılacaq. Mehmanxana Bakının ən hündür ərazisində, Milli Məclis binasından yuxarıdakı ərazidə inşa olunur.

Otelin yerləşəcəyi çoxfunksiyalı kompleks iki qüllədən ibarət olacaq. 160 metrlik qüllədə yerləşəcək “Swissotel Baku”da 149 nömrə, həmçinin 45 lüks nömrə və 80 iqamətgah olacaq. Bundan başqa otelin infrastrukturuna lobbi-bar, 24 saat fəaliyyət göstərən restoran, həmçinin yuxarı mərtəbədə şəhərə panoraması olan restoran və bar daxil olacaq. Həmçinin “Purovel Spa & Sport” spa mərkəzi və 3000 kv. metr sahəsi olan konfrans zal da nəzərdə tutulub.

Qeyd edək ki, İsveçrənin “deluxe” otellər şəbəkəsi olan “Swissotel” 1980-cı ildən fəaliyyət göstərir. “Swissotel Hotels & Resorts” dünyanın 17 ölkəsində 40 mehmanxanası ilə təmsil olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm