Qırmızı.az
ARDNŞ prezidentinin müşaviri Bakı Ali Neft Məktəbinin tələbələrilə görüşüb
ARDNŞ prezidentinin müşaviri, “Azəri-Çıraq-Günəşli” (AÇG)” layihəsinin Rəhbər Komitəsinin Texniki Alt Qurumunun sədri Yaşar Lətifov və şirkətin mütəxəssisləri Oqtay Bağırov, Şaiq Bəkirov, Emin Əliyev Bakı Ali Neft Məktəbində olub və tələbələrlə görüş keçiriblər.
Publika.az-ın məlumatına görə, tədbiri açan
BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və onları Ali
Məktəbdə görməkdən məmnunluq ifadə edib. ARDNŞ-nın son illər
keçdiyi inkişaf yolundan bəhs edən rektor, şirkətin Azərbaycanda və
ölkədən kənarda həyata keçirdiyi irimiqyaslı layihələr barədə
tələbələrin diqqətinə çatdırıb və onların ARDNŞ-nın gələcək
yüksəkixtisaslı kadr olacaqlarına, Azərbaycanın neft sektorundakı
nailiyyətlərini daha da artıracaqlarına əminlik ifadə edib.
Daha sonra ARDNŞ prezidentinin müşaviri, “Azəri-Çıraq-Günəşli”
(AÇG)” layihəsinin Rəhbər Komitəsinin Texniki Alt
Qurumunun sədri Yaşar Lətifov tələbələr qarşısında AÇG
layihəsinə dair videogörüntülü təqdimatla çıxış edib. Təqdimatda
Azəri-Çıraq-Günəşli yatağının dünya səviyyəsində ən iri neft
yatağlarından olduğunu, 1994-cü ildə Bakıda "Xəzər dənizinin
Azərbaycan sektorunda "Azəri", "Çıraq", “Günəşli” yataqlarının
dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan
neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri
neft şirkəti ilə bağlanmış “Əsrin müqavilə”sinin icrası olduğunu,
layihənin Azərbaycanın siyasətində, iqtisadiyyatında və
vətəndaşların sosial həyatındakı önəmindən və rolundan bəhs edildi.
Həmçinin təqdimatda layihənin ölkə başçısı cənab İlham Əliyev
tərəfindən müəyyən edilmiş yeni neft strategiyasının
hazırlanmasında və uğurla həyata keçirilməsində qabaqcıl rolundan
və bu neft kəmərinin dünya dövlətləri ilə Azərbaycan dövlətinin
yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının
əlaqələrinin yenidən qurulmasına təkan verəcəyindən, cənab
prezidentin “Neft kapitalının insan kapitalına çevirək” şüarının
əyani sübütu olduğu qeyd edildi.
Öz növbəsində şirkətin digər mütəxəssisləri AÇG layihəsi haqqında
tələbələri ətraflı məlumatlandırdılar.
Çıxışlardan sonra tələbələrin çoxsaylı sualları mütəxəssislər
tərəfindən cavablandırıldı.
Tədbirin sonunda görüşün səmərəli keçməsindən məmnunluq ifadə
olundu və ARDNŞ prezidentinin müşaviri Yaşar Lətifova BANM-in
“Fəxri qonaq” diplomu təqdim olundu.
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq