Maskalılar basqın etdi - restoran sahibi qətlə yetirildi - TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Maskalılar basqın etdi - restoran sahibi qətlə yetirildi - TƏFƏRRÜAT

Bu gün səhər saatlarında Qəbələ rayonunda ağır qətl hadisəsi baş verib.

Qəbələ rayon prokurorunun köməkçisi Elçin Natiq oğlu Sadıqov Publika.az-a bildirib ki, noyabrın 24-də saat 05.00 radələrində 1967-ci il təvəllüdlü Vahid Rəşid oğlu Vahabov Qəbələ şəhər Mirzə Ələkbər Sabir küçəsində özünə məxsus mənzildə qətlə yetirilib.

Verilən məlumata görə, Qəbələdəki məşhur "Orman" restoranının sahibi Vahid Vahabov naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla öldürülüb. İlkin versiyaya görə, hadisənin tamah məqsədilə törədilib.

Elçin Sadıqov bildirib ki, gecə vaxtı 4 nəfər şəxs restoran sahibinin evinə daxil olublar:

"Onlar odlu silahdan atəş açmaqla ev sahibini qətlə yetiriblər. Artıq cinayət işi başlayıb və istintaq aparılır. Hələ ki, cinayəti törədənləri tapmaq mümkün olmayıb".

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm