Qadınları “tor”a salan ətirin satıcısı – “Bu ətiri vuranda küçədəki bütün xanımlar…”
Bizi izləyin

Qırmızı.az

Qadınları “tor”a salan ətirin satıcısı – “Bu ətiri vuranda küçədəki bütün xanımlar…”

“Ricardo Veron” ətrindən istifadə edən kişilər qadınları qısa zamanda qadınları “tor”a sala bilir. Ətir qadınların özünə nəzarəti itirməsinə və özünü qarşısındakına təslim etməsinə gətirib çıxarır.

Bir sıra ölkələrdə ətirin satışı qadağan edilib, Türkiyədə də bu məsələ müzakirə mövzusuna çevrilib. İnternetdə kiçik axtrarış edib, bu ətirləri ölkəyə gətirənlərlə danışdıq.

Ətirin Azərbaycana idxalı və satışı ilə məşğul olan Orxan Əsgərli isə bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini dedi.

“İnsanlarda elə bir fikir yaranıb ki, bu ətiri vurub küçəyə çıxanda ölkədəki bütün qadınlar arxalarına düşəcək. Əlbəttə, bu düzgün deyil. Sadəcə bunu istifadə edərkən qarşısınızdakıların reaksiyalarından effekti görmək olur. Ətirin təsiri 48 saata qədər olur. Özüm də bu ətirlərdən istifadə edirəm. İnsanlarla görüşəndə ətirin təsirini hiss edirəm”.

Ətiri Türkiyədən idxal etdiyini deyən O.Əsgərli heç bir mağazada satış etmədiklərini dedi:

“Ətir ölkəyə iki şəxs tərəfindən gətirilir. Bu ətirləri mağazadan ala bilməzsiniz. Lakin bizdən topdan alanlar var ki, onlar da əldən satırlar. Ətirə maraq da çoxdur. Sifarişlə gətirirəm, hazırda əlimizdə çox az məhsul qalıb”.

O, ətirin qarşısındakını cəzb etmə effektinin tərkibindəki feromon maddəsindən asılı olduğunu dedi.

Araşdırmalara görə, feromon maddəsi insanda sevgi və ehtiras hissi yaradır. Hər bir insan feromon adlı maddələri özündən xaric edir ki, bu maddələr də əks cinsi cəlb edir. Feromon maddəsi buruna daxil olur və bunun təsirindən orqanizmə siqnal yayılır.

Feromonlar bədəndən kənara ifraz edilən hormonlardır. Bu hormonlar bədəndə cinsiyyət hüceyrələri arasında əlaqə saxlayır, bəzi canlılarda cinsiyyət orqanlarının formalaşmasına təsir edir. Bəzi həşəratlarda isə ictimai həyatı nizama salmaq, xüsusən yuva nizamını təmin etmək məqsədi daşıyır

Bu hormonun qoxusu erkəyin dişini kilometrlərlə uzaqdan tapmasına kömək edir. Qarışqalarda bu daha çox düşmənlə mübarizə zamanı ifraz edilir. Bir çox məməli heyvanda bu maddə quyruq bölgəsində olur. Bu da həmin heyvanların həyat sərhədlərini müəyyən edir.

Beləliklə, bir erkək heyvan başqa erkəklərin onun ərazisinə daxil olmasına imkan vermir. Feromon yunanca, “hormon daşıyan” mənasını verir.

Bu maddə ilk dəfə 1965-ci ildə ipəkqurdlarında aşkarlanıb. İllərdir aparılan araşdırmalar nəticəsində, böcəklərlə yanaşı hörümçəklər, qurbağalar, sürünənlər və məməlilərdə də bu hormonun ifraz edildiyi müəyyən edilib.

Qeyd edək ki, bu ətirlər barədə ilk dəfə məlumat aznews.az saytında yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm